05 sentyabr 2016, 17:10

İradə Əlizadə və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mənzil-məişət şəraitimizin yaxşılaşdırılmasına, Heydər Əliyev prospektində tikilmiş yeni binada bizə mənzil verilməsinə görə sevincimizin həddi-hüdudu yoxdur. Bu Sizin xalqa olan böyük diqqət və qayğınızın nəticəsidir.

Çox hörmətli cənab Prezident, əminliklə deyə bilərik ki, ölkəmizdə əhalinin sosial müdafiəsi yüksək səviyyədə təmin edilir. Bugünkü firavan yaşayışımız üçün Sizə öz adımızdan və ailələrimiz adından dərin minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

Bakı şəhəri, Heydər Əliyev prospekti, 66/68 nömrəli binanın sakinləri:

Əlizadə İradə,

Kazımova Günay,

Quliyeva Nargilə və başqaları (cəmi 9 nəfər)

Azərbaycan Respublikası, Bakı şəhəri