İlham Əliyev Bakıdakı 229 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

06 sentyabr 2016, 10:40
İlham Əliyev Bakıdakı 229 nömrəli məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinələrinə, akt və idman zallarına baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, bu məktəb binası 1964-cü ildə inşa olunub. O vaxtdan bəri burada heç vaxt belə əsaslı təmir aparılmayıb. Məktəbin binasında əsaslı təmir işləri dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən həyata keçirilib.

Təhsil ocağının həyətində bu məktəbin məzunu Milli Qəhrəman Yuri Kovalyovun barelyefi qoyulub. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu təhsil ocağının üçmərtəbəli binasında yaradılan şərait şagirdlərin biliklərin əsaslarına daha dolğun yiyələnmələrinə, müəllimlərin tədris prosesini müasir proqramlar əsasında aparmağa imkan verəcək. Tədrisin Azərbaycan və rus dillərində aparıldığı məktəbdə 964 şagird yeri var. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 101 müəllim məşğul olur. Məktəbin 43 sinif otağı var. Buradakı fənn kabinələri, laboratoriyalar və digər otaqlar zəruri dərs ləvazimatı ilə təchiz olunub. Məktəbdə şagirdlərin qidalanmaları üçün bufet də yaradılıb. Təhsil ocağının akt və idman zalları da müasir standartlar səviyyəsində qurulub.

Məktəbin şagirdləri və məzunları arasında prezident təqaüdçüləri, müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri var. Təhsil ocağını bu il 70 məzun bitirib ki, onlardan da 54-ü ali məktəbə qəbul olunub. Onların 19 nəfəri 500-dən yuxarı bal toplayıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10