06 sentyabr 2016, 10:42

Moşe Şalomdan, Təl-Əviv, İsrail

Hörmətli İlham Heydər oğlu,

Sizə bu məktubu yazmaqda məqsədim Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyiniz töhfələrə görə təşəkkürümü bildirməkdir.

Keçən həftə Azərbaycana gəlmişdim, dostum İdrak Nəcəfov məni Şəki şəhərinə dəvət etdi. Şəki çox xoşuma gəldi. Bu heyrətamiz qədim şəhərin adamları olduqca mehriban və qonaqpərvərdir. Şəki mətbəxi xüsusilə dadlıdır.

Mən beş gün dostumun evində qonaq oldum. O, mənə hər gün deyirdi ki, Azərbaycandakı bu sabitlik Prezident İlham Əliyevin sayəsində mümkün olub. Bütün bunları görəndən sonra bu qənaətə gəldim ki, Azərbaycan xalqının çox müdrik  Prezidenti var. Sizin yürütdüyünüz siyasət hərtərəfli düşünülmüş və düzgün siyasətdir.

Əvvəllər Sizin siyasətiniz barədə mətbuatdan məlumatım var idi. Bəzən bu siyasətə qısqanclıqla yanaşan dairələr də olurdu. İndi mənim Azərbaycan haqqında daha dolğun və dəqiq məlumatım var. Azərbaycan üçün gördüyünüz möhtəşəm işlərə görə çox sağ olun. Qonaqpərvər xalqınıza bir daha təşəkkürümü bildirirəm.

Hörmətlə,

Moşe Şalom

İsrail Dövləti, Təl-Əviv.