Gerb

06 may 2011, 11:00
5490

Prezident İlham Əliyev Ağcabədi rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında yeni yaşıllıq zolağı salınmış, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.