10 sentyabr 2016, 11:15

Əzizağa Bağırovdan, Ağdam, Azərbaycan

Cənab Prezident,

Aprel döyüşləri zamanı mənfur ermənilər tərəfindən atılan mərmilər mənim evimi də dağıtmışdı. Məhz Sizin hadisələrin qızğın çağında Ağdama gəlməyiniz bütün ağdamlılar kimi mənim də qürur hissləri keçirməyimə səbəb oldu. Yenilməz ordumuz və ümumilikdə xalqımız bir daha yəqin etdi ki, onun dəmir iradəli Prezidenti var.

Sərəncamınızla evim bərpa edildi. Sizi əmin edirik ki, cəbhə xəttinin iki addımlığında yaşasaq da, əvvəlki kimi bundan sonra da bir addım geri çəkilməyəcəyik. Torpağımızı əkib-becərəcək, Vətənimizdə bolluq yaradacağıq.

Bir daha öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Bağırov Əzizağa Qasım oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.