İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətini qəbul edib

13 sentyabr 2016, 11:30
İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin başçılıq etdiyi və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktoru və icraçı vitse-prezidenti Robert Sinqer, Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti Qod Nisanov, Avro-Asiya Yəhudi Konqresinin prezidenti Julius Maynl, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayev və Ümumdünya Yəhudi Konqresinin baş icraçı direktorunun diplomatiya üzrə müavini Maram Sternin üzv olduqları nümayəndə heyətini qəbul edib.

Ümumdünya Yəhudi Konqresi nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı görüşlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəmizi daha da yaxından tanımaları üçün səfərin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən yəhudilər arasında əsrlər boyu dostluq və qarşılıqlı dəstəyə əsaslanan tarixi əlaqələrin mövcudluğunu məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı tarixən azərbaycanlılarla yəhudilər arasında dostluq münasibətlərinin olduğunu, yəhudilərin ölkəmizin ictimai həyatında fəal rol oynadıqlarını və bütün dövrlərdə əmin-amanlıq şəraitində yaşadıqlarını dedi. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşamasını dövlət siyasətinin təzahürü kimi dəyərləndirdi. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini deyən dövlətimizin başçısı bunu ölkəmizin bu sahəyə verdiyi önəm kimi qiymətləndirdi və Azərbaycanda bu sahədə həyata keçirilən işlərin dünyanın digər yerlərində də tətbiq olunmasının zəruriliyini bildirdi.

Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Azərbaycan və yəhudi xalqları arasında olan tarixi əlaqələrə və yəhudilər üçün ölkəmizdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanda yaşayan yəhudi icmasına olan münasibəti yüksək qiymətləndirərək bunun bir nümunə olduğunu dedi.

Ronald Lauder Bakının gözlədiyindən də artıq gözəl şəhər olduğunu məmnunluqla qeyd etdi və paytaxtımızın gözəlliyinin onlarda dərin təəssürat yaratdığını bildirdi. Ümumdünya Yəhudi Konqresinin prezidenti Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Qonaq qeyd etdi ki, dünyada mövcud olan maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanın nail olduğu iqtisadi inkişaf onlarda böyük heyranlıq hissi doğurur.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10