14 sentyabr 2016, 13:30

Budaq Quliyev, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin ölkə daxilində və xaricində həyata keçirdiyiniz uğurlu siyasət Azərbaycanımızı dünyada sülhsevər, qonaqpərvər, multikultural dəyərlərə hörmətlə yanaşan bir xalq kimi təcəssüm etdirir. Sizin rəhbərliyiniz altında ölkəmizdə mühüm əhəmiyyətə malik idman yarışları keçirilmiş və keçirilməkdə davam edir. Bu günlərdə ölkəmizdə təşkil olunan 42-ci dünya şahmat olimpiadası bir daha Azərbaycanımızı dünyada qonaqpərvər, sülhsevər, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir xalq kimi tanıdılmasında mühüm rol oynayır. Biz inanırıq ki, respublikamızda keçirilən müxtəlif növ idman tədbirləri ölkəmizin dünyada iqtisadi və siyasi qüdrətini artıracaq, Azərbaycanı investisiya üçün cəlbedici ölkəyə çevirəcək, respublikamızın turizm potensialını daha da gücləndirəcək.

Möhtərəm cənab Prezident,

Biz Sizin ölkəmizdə həyata keçirdiyiniz uğurlu siyasətinizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycanımız Sizin rəhbərliyiniz altında daha da yüksək uğurlara nail olacaq.

Hörmətlə,

Quliyevlər ailəsi adından

Quliyev Budaq Nasim oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hindarx qəsəbəsi.