İlham Əliyev Ağcabədiyə Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış olmuşdur

06 may 2011, 16:10
İlham Əliyev Ağcabədiyə Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Ağcabədiyə səfəri çərçivəsində şəhərin Heydər Əliyev prospektində yerləşən və əsaslı təmirdən sonra istifadəyə verilən Yaqub Məmmədov adına rayon mədəniyyət evi ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, ötən əsrin 60-cı illərində inşa olunan rayon mədəniyyət evi son vaxtadək əsaslı təmir olunmamışdır. Azərbaycan Prezidentinin 2008-ci ilin yanvarında Ağcabədi rayonuna səfəri zamanı verdiyi tapşırıqlara müvafiq olaraq bu mədəniyyət ocağının əsaslı təmirinə başlanılmışdır. Yüksək keyfiyyətlə aparılan təmir işləri təkcə binanın içərisində deyil, ətrafında da xüsusi diqqətlə həyata keçirilmişdir.

Bildirildi ki, ətrafda yaşıllıqlar salınmış, dekorativ gül və ağac kolları əkilmiş, müasir işıqlandırma sistemi yaradılmışdır. 945 kvadratmetr sahəsi olan binanın fasadı tam yenilənmişdir. Mədəniyyət evinin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı fikirlərini əks etdirən yazılar əks olunmuşdur. Birinci mərtəbədə qonaq və qrim otaqları və 304 nəfərlik zal fəaliyyət göstərir. Zalda bütün texniki vəsaitlər və elektrik sistemi alman texnologiyası ilə təchiz olunmuşdur. Zalın və səhnənin işıqlandırma sistemi müasirləşdirilmişdir. Binada xarici texnologiya əsasında havalandırma sistemi qurulmuş, səsləndirmə sistemi yüksək keyfiyyəti ilə seçilir. Binanın ikinci mərtəbəsində iş və texniki otaqlar yerləşir. Dərnəklərdə istedadlı gənclərin musiqi duyumunun öyrənilməsi, incəsənət sahəsinə olan maraqlarının daha da artırılması üçün müvafiq dərslər və məşğələlər keçirilir.

Dövlət başçısı şəhərin incəsənət məktəbi şagirdlərinin ifasında “Sarı gəlin” mahnısını dinlədi.

Azərbaycan Prezidenti mədəniyyət evində yaradılmış şəraiti yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32