17 sentyabr 2016, 15:00

Bəhmən Quliyevdən, Xaçmaz, Azərbaycan

Çox hörmətli Prezident,

Sakini olduğumuz Xaçmaz rayonuna sentyabrın 8-də səfər etdiyinizə görə biz ağsaqqallar Sizə öz dərin minnətdarlığımızı bildiririk. Sizin rayonumuza hər bir gəlişiniz bizim üçün böyük şadyanalıq, toy-bayramdır. Rayonumuzda yüksək zövqlə görülmüş işlərə verdiyiniz qiymət bizi işləməyə daha da ruhlandırır. Bu işlərin görülməsi yalnız və yalnız Sizin rəhbərliyiniz altında mümkündür. Allah Sizi qorusun!

Hörmətlə,

Müşkür kənd ağsaqqalları adından

Quliyev Bəhmən Salman oğlu

Azərbaycan Respublikası, Xaçmaz rayonu.