İlham Əliyev Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak etmişdir

06 may 2011, 16:20
İlham Əliyev Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak etmişdir.

Dövlət başçısı binanın açılışını bildirən lenti kəsdi və məktəblə yaxından tanış oldu.

Məlumat verildi ki, rayonda 1983-cü ildən fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin əvvəlki binası yararsız halda olduğundan ötən ilin iyunundan yeni binanın tikintisinə başlanılmışdır. Müasir üslubda inşa olunan bu tədris binası şahmat meydançasına bənzədilmişdir. Məktəbin həyətində açıq havada şahmat oynamaları üçün geniş sahə yaradılmışdır. İtaliyadan gətirilən və xüsusi texniki qulluqla yetişdirilən şahmat fiqurları formasında olan kollar binaya əlavə gözəllik bəxş edir. Ərazidə yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi yaradılmış, yaraşıqlı fəvvarə tikilmişdir. Bildirildi ki, 483 kvadratmetr sahəsi olan ikimərtəbəli binanın birinci mərtəbəsində 8 sinif otağı vardır. Müasir havalandırma sistemi ilə təchiz olunan bina xüsusi dizaynla inşa edilmişdir.

Prezident İlham Əliyev dərs otaqlarına baxdıqdan sonra binanın ikinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmana, xüsusən də şahmata və şahmatçılara olan diqqət və qayğısını əks etdirən fotolardan ibarət stendlərə baxdı.

Oyun zalı ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ümumi sahəsi 148 kvadratmetr olan zalda eyni vaxtda 100-dək şahmatçı görüş keçirə bilər. Oyunların canlı izlənilməsi üçün zalda bir neçə kamera quraşdırılmışdır. Binanın girişində quraşdırılan monitor məktəbdə gedən yarışları canlı izləməyə imkan verir. Zalda müxtəlif şahmat fiqurlarından və kompozisiyalardan ibarət xüsusi guşələr də yaradılmışdır. Bütün siniflər və yarış zalı şahmat taxtaları, saat və lazımi avadanlıqla təchiz olunmuşdur.

Sonra Prezident İlham Əliyev burada yaradılan kompyuter otağına baxdı. Bildirildi ki, kompyuter otağı yüksək sürətli internetlə təmin edilmişdir ki, bu da dərslərin kompyuter vasitəsilə keçilməsinə, ən son yenilikləri qısa zaman çərçivəsində öyrənməyə şərait yaradaraq informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarını genişləndirir.

Vurğulandı ki, Ağcabədi Şahmat Məktəbi bir sıra respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Ağcabədi şahmatçıları son 3 il ərzində respublika şahmat turnirlərində 100-dək medal, diplom və kuboklara layiq görülmüşlər. 2008-ci ilin avqustunda Bakıda keçirilən uşaq gənclər şahmat məktəbləri komandalarının Respublika birinciliyinin final mərhələsində iştirak edən Ağcabədinin qızlardan ibarət komandası üçüncü yerə layiq görülmüşdür. Fərdi yarışlarda isə Fərid Abdullayev, Əsmər Həsənova, Aysun Bədəlova medal qazanmışlar.

Dövlət başçısına məlumat verildi ki, Şahmat Məktəbinin yanında 100 min cildlik elektron kitabxananın tikilməsi üçün yer ayrılmışdır.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, görülmüş işlərdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 may 2024
16:53
Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının davam etdirilməsi, sistemliliyinin təmin...

03 may 2024, 16:53
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32