20 sentyabr 2016, 11:40

Fizuli Hacıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Məni Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da bilik və bacarığımı ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsinə sərf edəcəyəm.

Bir daha Sizə təşəkkür edirəm, əziz Prezidentim!

Hörmətlə,

Fizuli Hacıyev Mirzə oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri