20 sentyabr 2016, 13:50

Təranə Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur, əmin-amanlıq hökm sürür. Azərbaycan gündən-günə inkişaf edir. Xalqımızın  rifah halı və həyat səviyyəsi yaxşılaşır. Sizin ölkəmizin inkişafı naminə gördüyünüz işlərin nəticəsidir ki, Pirallahı rayonun siması gündən-günə gözəlləşir, rayonumuz inkişaf edir. Bütün bu aparılan abadlıq-quruculuq işlərinə rayon sakini olaraq çox sevinirəm. Buna görə rayon sakinləri adından Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı və ölkəmizin çiçəklənməsi yolunda gələcək ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Əliyeva Təranə Rafail qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.