21 sentyabr 2016, 14:20

Akif Mərdanov və Fərhad Şeydayevdən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rayonumuza səfəriniz hər bir ailədə böyük bayram əhval-ruhiyyəsi yaradır. Şübhəsiz ki, bu əhval-ruhiyyə xalqımızın Sizə olan məhəbbətindən irəli gəlir. Sizin gəlişiniz rayonumuzun daha da abadlaşmasına töhfə verir, insanları narahat edən məsələlər öz həllini tapır. Bütün bunlara görə Sizə öz minnətdarlığımızı bildiririk. Dövlətə, dövlətçiliyə, ölkə rəhbərinə sadiqlik nümayiş etdirən rayonumuzun əhalisi ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi və mədəni proseslərdə bundan sonra da fəal iştirak edəcəklər.

Möhtərəm cənab Prezident, Xudat ictimaiyyəti adından Sizə cansağlığı, səadət, ölkəmizin inkişafı naminə gördüyünüz işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Akif Mərdanov,

Fərhad Şeydayev

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Xudat şəhəri.