Gerb

21 sentyabr 2016, 17:55
W1siziisijiwmtyvmdkvmjevnwq4c2o1emp3bf8wmdeuslbhil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=a42939908e01c769

Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, Ümummilli Liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.


Böyük ölçüdə