22 sentyabr 2016, 18:15

Munis Şərifov, Bakı, Azərbaycan

Çox hörmətli Prezident,

Azərbaycan musiqi mədəniyyətinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm. Məni Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərimə görə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görməyiniz milli ifaçılıq sənətinə verilən yüksək qiymətdir. Sizə uzun ömür, cansağlığı, Azərbaycanın daha da inkişafı naminə gördüyünüz şərəfli işlərinizdə uğurlar arzulayıram.

Azərbaycanın Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblının bədii rəhbəri, Milli Konservatoriyanın dosenti kimi musiqi mədəniyyətimizi bundan sonra da yüksək səviyyədə təbliğ etməyə, Sizin etimadınızı doğrultmağa söz verirəm. Allah Sizi qorusun! Amin!

Dərin hörmətlə,

Şərifov Munis

Azərbaycan Respublikası, Bakı şəhəri