23 sentyabr 2016, 11:15

Azər Əhədzadə və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz xalqımızın gələcəyi olan uşaqların sağlam böyüməsi, yaxşı təhsil alması, hərtərəfli inkişaf etməsi üçün hər bir şərait yaradırsınız. Bu məqsədlə ölkəmizin bütün guşələrində, o cümlədən bizim rayonumuzda böyük işlər görülür və əhali tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, Masallı rayon Uşaq İncəsənət Məktəbinin açılışına görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizi əmin etmək istəyirik ki, bu məktəb rayonumuzun, eləcə də regionun mədəni həyatında mühüm rol oynayacaq. Sizə bir daha minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı diləyirik.

Hörmətlə,

Masallı rayon Uşaq İncəsənət Məktəbinin kollektivi və valideynlər adından

Azər Əhədzadə,

Sevanə Rəhimova,

Sahil Məmmədov və başqaları

Azərbaycan Respublikası, Masallı rayonu.