Gerb

23 sentyabr 2016, 15:45

Hörmətli cənab Prezident,

Sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar və qarşıda duran vəzifələr biz tərtərliləri çox sevindirdi. Torpağımız və iqlim şəraitimiz pambıqçılıq üçün çox əlverişlidir. Vaxt var idi ki, rayonumuz 43 min ton “ağ qızıl” təhvil verirdi. Bu, həm əhalinin məşğulluq problemini həll edir, həm də təhnəmizdə halal çörəyimiz olurdu.

Mən özüm uzun illər pambıqçılıq briqadiri işləmişəm. Yaxşı işlədiyim üçün sovet dönəmində Ali Sovetə deputat seçilmişəm. “Qırmızı əmək bayrağı” ordeni almışam. Artıq yaşlanmışam. Ancaq pambıqçılıq sahəsində təcrübəm var. Bu sahədə çalışan kənd əməkçilərinə yaxından kömək edirəm.

Cənab Prezident, inanıram ki, Sizin diqqət və qayğınız sayəsində “ağ qızıl”ın əvvəlki şöhrəti tezliklə özünə qaytarılacaqdır.

Tərtərlilər adından öz minnətdarlığımı bildirir, Sizi pambıqçılığın inkişafında əlimdən gələni əsirgəməcəyimə əmin edirəm.

Hörmətlə,

Quliyev Süleyman

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaynaq kəndi.