23 sentyabr 2016, 16:10

Mürsəl Quliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Televiziyada xəbərlər proqramında Sizin Avropadan gələn nümayəndələri qəbul etdiyinizi izlədim. Bu görüşdə Sizin Avropa parlamentinin ölkəmizə qarşı qərəzli mövqeyini sübut edəcək faktları deməyiniz məni çox fərəhləndirdi. Ona görə ki, həmişə dünyada ədalətdən dəm vuran bu təşkilatlar əslində, özləri həmişə ədalətsiz mövqedən çıxış ediblər və bu görüşdə Siz bir daha onların Azərbaycana qarşı əsası olmayan qərəzli qətnamələr verdiklərini sübut etdiniz. Odur ki, mən özümün və ailə üzvlərimin adından Sizə dərin hörmətimi bildirir və möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Quliyev Mürsəl

Azərbaycan Respublikası, Ağcabədi rayonu.