Gerb

24 sentyabr 2016, 14:20

Möhtərəm cənab Prezident,

Sizin 2016-cı il 19 sentyabr tarixində “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” imzaladığınız Sərəncamla mən də “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşəm.

Əziz Prezidentimiz, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycan mədəniyyətinin və incəsənətinin bundan sonra da inkişaf edəcəyinə və geniş təbliğ olunacağına əminik. Biz də bu yolda Sizin ən yaxın dəstəkçilərinizik. Mən qürur hissi duyuram ki, ulu öndər Heydər Əliyevin incəsənət xadimlərinə böyük qayğısı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan sənətçisinin, Azərbaycan ziyalısının böyük xoşbəxtliyi də elə bundadır.

Cənab Prezident, gözəl yurdumuz Azərbaycan naminə bundan sonra da yorulmadan çalışacaq, ölkəmizin mədəniyyətini və incəsənətini təbliğ etməkdə davam edəcəyəm.

Dərin hörmət və qürur hissi ilə,

Nurlan Növrəs oğlu Növrəsli

Azərbaycan Respublikası, Bakı şəhəri.