Gerb

26 sentyabr 2016, 20:40

Möhtərəm cənab Prezident,

Məni fərdi təqaüdünüzə layiq görüb təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnsanların əməyini qiymətləndirmək müdriklərə xas olan cəhətdir. Bu təltif Azərbaycan ifaçılığına verilən yüksək qiymətdir. Ölkəmizin rifahı uğrunda apardığınız bütün işlərdə Sizə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Zəhra Quliyeva

Xalq Artisti, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.