26 sentyabr 2016, 22:00

Elsevər Səmədovan, Bakı, Azərbaycan

Hörmətli Prezident,

Bizim ailə həmişə Sizi dəstəkləyir. Ömrümüzün axırına kimi də Sizi dəstəkləməyə hazırıq. Siz xarici dövlətlərdə çıxışlar edəndə fəxr hissi duyuram ki, Sizin kimi Ali Baş Komandanımız var. Ailə üzvlərim ümummilli liderimiz Heydər Əliyev cənablarını daim dəstəkləyiblər. Atam hər dəfə “Quran” oxudanda birinci ümummilli liderimiz Heydər Əliyevə oxutdurur və mənə deyir ki, oğul mən olmaramsa, sən yaddan çıxarma hər dəfə Heydər babaya “Quran” oxutdur. Bu, vətəndaş olaraq sənin borcundur. Hər dəfə söhbət edəndə deyir ki, Heydər Əliyev xalqımızı çətin bəlalardan qorudu, gözəl dövlət qurdu. Hamımızın borcudur onu yada salıb “Quran” oxutmaq. 
Hörmətli cənab Prezident, Sizə və Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya öz minnətdarlığımı bildirirəm ki, daim vətəndaşlarla görüşüb, hər bir vətəndaşın problemləri ilə maraqlanırsınız. Mən vətəndaş olaraq ürəkdən gələn sözlərimi az da olsa Sizə məktub şəklində çatdırdım. Qoy, Uca Tanrı həmişə köməyiniz olsun! 

Hörmətlə, 

Səmədov Elsevər Oktay oğlu 
Kəlbəcər rayonundan olan məcburi köçkün 
Azərbaycan Respublikası, Bakı şəhəri, Maştağa qəsəbəsi.