Gerb

09 iyun 2010, 15:19

Hörmətli cənab Prezident,

Milli bayramınız – Portuqaliya günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyun 2010-cu il.