28 sentyabr 2016, 12:55

Zülfüqar Hacıyevdən, Bakı, Azərbaycan

Hörmətli Prezidentim,

Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumda iştirak edərək dövlətimizin, millətimizin gələcəyinə səs verdik. Azərbaycanımızın tərəqqisinə və yüksəlişinə, xalqımızın səadətinə və xoşbəxtliyinə, övladlarımızın işıqlı gələcəyinə səs verdik. Dahi Heydər Əliyevin yaratdığı Azərbaycanımızın “sükanı”nı xalqımız yalnız Sizə etibar edir, gələcəyimizi yalnız Sizinlə görürük. Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə hər zaman Sizinləyik və bu yolda Sizə uğurlar arzu edirik.

Tanrı Sizləri qorusun! Amin!

Hörmətlə,

Hacıyev Zülfüqar Alı oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.