İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

30 sentyabr 2016, 12:40
İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel son dövr Fransa ilə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. O, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin təqdimatının bütün iştirakçılarda çox böyük təəssürat yaratdığını, ölkəmizə olan marağın daha da artdığını bildirdi. Təmsil etdiyi qurumun 25 üzvü ilə bərabər ölkəmizə səfər etdiyini deyən fransalı qonaq nümayəndələrin hazırda Şəki şəhərində olduqlarını, sonra isə Gəncəyə gedəcəklərini vurğuladı.

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu bildirən Prezident İlham Əliyev səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağını dedi. Parisin mərkəzində “Azərbaycan şəhərciyi”nin açılışının və fəaliyyətinin önəmini vurğulayan dövlətimizin başçısı artıq bir neçə dəfədir ki, bu cür təqdimatların keçirildiyini, Fransa və Paris sakinlərində məmnunluq doğurduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın geniş təqdimat tədbirlərində fəal iştirakına görə Jan Fransua Manselə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu cür tədbirlərin və eləcə də Fransanın tanınmış xadimlərinin Azərbaycana səfərlərinin ölkəmizin Fransada daha geniş şəkildə tanınması və ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğuladı.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10