01 oktyabr 2016, 11:00

Arzuman Muradovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Pambığın alış qiymətinin artırılması qərarına görə Ağdam rayonu Qaradağlı kəndinin sakinləri adından Sizə təşəkkür edirəm.

Kəndimizin iqtisadi həyatında pambığın önəmli yeri var. Bu sahənin dirçəldilməsi kənd sakinlərinin məşğulluğunun böyük ölçüdə təmin olunmasına və kəndin iqtisadi inkişafına güclü təkan verəcək.

Əziz Prezidentimiz, biz də öz növbəmizdə bu vacib sahənin inkişafı üçün əlimizdən gələni edəcəyik. Allah zəhmətinizi yerdə qoymasın!

Hörmətlə,

Muradov Arzuman Yavər oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Qaradağlı kəndi.