05 oktyabr 2016, 12:50

Rəfiqə Sadıqovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının yaxşılaşdırılmasında Sizin misilsiz xidmətləriniz var. Şəhərimizdə iri sənaye müəssisələri, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sosial obyektlər, yeni yaşayış məhəllələri və mikrorayonları məhz Sizin xeyir-duanızla istifadəyə verilib.

Biz təhsil işçiləri Sizin xeyirxah əməllərinizi alqışlayır, ölkəmizdə təhsilin inkişafı üçün daha səylə çalışacağımıza söz veririk.

M.Muşfiq adına 34 saylı orta məktəbin kollektivi adından dərin hörmətlə,

Sadıqova Rəfiqə Abbas qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.