06 oktyabr 2016, 12:40

Muhsin Aycan Kurbanidən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən azərbaycanlı olsam da 1987-ci ildən Türkiyədə yaşayıram və bu ölkənin vətəndaşıyam. Eyni zamanda, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində dövlət sənətçisi olaraq 28 il xidmət göstərmişəm və yenicə təqaüdə çıxmışam. Bundan sonrakı həyatımı Azərbaycanda yaşamaq qərarına gəldim. Sentyabrın 30-da ev əşyalarını özümlə birlikdə gətirərkən gömrük postunda yaradılan “Yaşıl dəhliz” xidmətindən istifadə etdim. Əşyalarımın gömrükdən keçirilməsi tez bir zamanda həll edildi.

Cənab Prezident, belə şəraitə görə mən ilk növbədə Sizə minnətdarlığımı bildirirəm. Sizin yürütdüyünüz siyasət vətəndaşların mənafeyinə xidmət edir. Uğurlarınız daimi olsun.

Allah Sizə və ailənizə möhkəm cansağlığı versin. Sağ olun, var olun, cənab Prezident!

Hörmətlə,

Muhsin Aycan Kurbani

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.