07 oktyabr 2016, 11:30

Adilə Süleymanovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıtda təhsilə göstərdiyiniz yüksək qayğı və diqqət qəlbimizi riqqətə gətirdi, ürəyimiz qürur və fərəh hissi ilə doldu. Məni yüksək etimada -  “Əməkdar müəllim” fəxri adına layiq gördüyünüzə görə Sizə bütün varlığımla təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, söz verirəm ki, bundan sonra da Sizin siyasətinizi dəstəkləyəcək və sadiq “əsgəriniz” kimi elm cəbhəsində mübarizəmi davam etdirəcək, doğma Sumqayıtımızın çiçəklənməsi  yolunda əlimdən gələni əsirgəməyəcəyəm.

Hörmətlə,

Süleymanova Adilə Mürsəl qızı,

 “İstedad” liseyinin direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.