07 oktyabr 2016, 14:30

Seymur Ağayevdən, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanın səhiyyə sistemində mütərəqqi islahatlar həyata keçirilmiş, bu sahədə ən müasir texnologiyalar tətbiq edilmiş, yeni tibb ocaqları tikilmiş, işıqlı və rahat palatalar yaradılmış, müasir avadanlıqla təchiz olunmuşdur.

Biz vətəndaşlar səhiyyə sistemində görülən müsbət işləri alqışlayırıq və bu sahənin gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq. Əminik ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyiniz sayəsində hər zaman yüksək səviyyəli tibbi xidmətlə təmin olunacaq, öz sağlamlıqlarını qoruya biləcək və sağlam yaşayış tərzinə qovuşacaqlar.

Azərbaycan dövləti və xalqı naminə gördüyünüz bütün məsuliyyətli və şərəfli işlərdə Sizə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Ağayev Seymur Ağakərim oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Ağabəyli kəndi.