08 oktyabr 2016, 12:10

Mustafa Əhmədovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Məni “Əməkdar müəllim” fəxri adıa layiq gördüyünüzə görə Sizə minnətdarlığımı bildirir və təşəkkür edirəm. Ölkəmizə rəhbərliyiniz dövründə hər bir sahəyə və həmin sahənin insanlarına diqqət və qayğı ilə yanaşmağınız  uğurlarınızı şərtləndirən əsas amillərdən olmuşdur. Biz müəllimlər də bu diqqəti görür və mənəvi rahatlıq tapırıq.

Cənab Prezident, müstəqil Azərbaycanın inkişafı naminə Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Əhmədov Mustafa.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.