08 oktyabr 2016, 12:25

Yeganə Əhmədovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Sərəncamınızla Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların, diplom və medalların verilməsi xəbəri sumqayıtlıların sevincinə səbəb olmuş, şəhər ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır.

Cənab Prezident, təltif edilənlər arasında mənim də adımın olmasına çox sevindim. Mənə verilən “Əməkdar mədəniyyət işçisi” fəxri adına, ümumilikdə isə Sumqayıta və sumqayıtlılara göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Əhmədova Yeganə, 

Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.