İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

09 oktyabr 2016, 15:50
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Dövlət başçısı fəxri qarovul dəstəsini salamladı.

Azərbaycan Prezidentini Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo