08 oktyabr 2016, 13:00

Əlhəddin Paşayevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Qırx ildən çoxdur ki, sakini olduğum doğma Sumqayıtın sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan bir sıra şəxsləri təltif etməyiniz və bir qrup şəxsə də fəxri adlar verməyiniz münasibətilə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. İnanıram ki, bundan sonra da şəhərimizə və onun sakinlərinə diqqət və qayğınızı əsirgəməyəcəksiniz.

Çox hörmətli Prezident, inanıram ki,  Sizin yorulmaz fəaliyyətiniz sayəsində təkcə Sumqayıt şəhəri yox, Azərbaycanın bütün regionları daha xoş günlərə qovuşacaq. 

Sizə və ailənizə möhkəm cansağlığı, dövlətimizin daha da qüdrətlənməsi istiqamətindəki fəaliyyətinizdə  müvəffəqiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

Paşayev Əlhəddin. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.