10 oktyabr 2016, 12:05

Zərxarə Aslanovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu gün Sizin dəstəyinizlə Sumqayıtımız gündən-günə gözəlləşməkdədir. Xüsusən də son bir ildə şəhərimizdə həyata keçirilən möhtəşəm və tarixi işlər məhz Sizin adınızla bağlıdır.

Cənab Prezident, doğma şəhərimiz Sumqayıta və sumqayıtlılara göstərdiyiniz diqqət və qayğıya, kiçik əməyimə böyük qiymət verərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, Azərbaycanımızın hərtərəfli inkişafı, xalqımızın rifah halının yüksəlişi yolunda getdiyiniz çətin və şərəfli yolda sumqayıtlılar həmişə olduğu kimi, bundan sonra da Sizin ən yaxın köməkçiniz və silahdaşınız olacaqdır. Allah Sizi və ailənizi qorusun.

Böyük hörmətlə,

Aslanova Zərxarə Aslan qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.