10 oktyabr 2016, 17:00

V.Zamanovdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident,

Goranboy rayonunun sərhəd bölgəsində yerləşən Şəfəq kəndində fəaliyyət göstərən bir sahibkar, “Ağ Naftalan” MMC-nin rəhbəri olaraq bildirmək istəyirəm ki, lisenziyaların mərkəzləşdirilmiş qaydada verilməsi sahibkarlığın inkişafı üçün dərin və əsaslı bir addım olmuşdur. Bu müddət ərzində bizə də üç lisenziya verilmişdir. Bunların içərisində bu yaxınlarda aldığımız naftalan tərkibli dərman vasitələrinin istehsalını həyata keçirməyə icazə verən lisenziya da mövcuddur. Deyə bilərəm ki, hazırda lisenziyaların verilməsi prosesi çox dəqiq və şəffaf şəkildə həyata keçirilir.

Möhtərəm Prezident, bizə göstərilən bu qayğını nəzərə alaraq, kollektivimiz dövlətimizin daha da inkişaf etməsinə və möhkəmlənməsinə, iqtisadiyyatımızın çiçəklənməsinə çalışacaqdır. Sahibkarlığın inkişafı üçün yaratdığınız şəraitə görə Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Zamanov V. 

Azərbaycan Respublikası, Goranboy rayonu, Şəfəq kəndi.