Məzahir Əhmədovdan, Bakı, Azərbaycan
11 oktyabr 2016, 12:30
Möhtərəm cənab Prezident,
Ölkəmizdəki əmin-amanlığa, sosial-iqtisadi inkişafa və insanların rifah halının yüksəlməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Hər gün çağdaş dünyamızda baş verən hadisələri, siyasi qarşıdurmaları və onların törətdiyi fəsadları izləyərkən öz ölkəmlə öyünürəm. Təlatümlərlə çalxalanan bu qarışıq dünyada Azərbaycan dinclik, sakitlik məkanıdır. Bunu görmək və qiymətləndirmək hər bir vətəndaşın borcudur.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Siz Azərbaycanı qısa müddətdə dünyanın qabaqcıl ölkələri sırasına çıxardınız. Həm ailənizdən, həm də xalqımızdan dəstək alaraq möhkəm birlik yaratmısınız. Xalqımızın sülh və xoşbəxtlik içərisində yaşaması üçün gördüyünüz işlərə ailə üzvləriniz də dəstək göstərir. Siz birlikdə erməni təcavüzü və əzəli Azərbaycan torpağı olan Qarabağın işğalı barədə həqiqətləri siyasi yollarla bütün dünya ictimaiyyətinə çatdırırsınız. Gördüyünüz bütün bu işləri yüksək qiymətləndirir və hər zaman Sizi dəstəkləyirəm.
Hörmətli cənab Prezident, bir daha Sizə təşəkkür edir, bütün işlərinizdə uğurlar, ən əsası möhkəm cansağlığı arzu edirəm.
Hörmətlə,
Əhmədov Məzahir.
Azərbaycan Respublikası, Bakı şəhəri.