11 oktyabr 2016, 12:50

Sahib Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Nazirlər Kabinetinin iclasında Sizin çıxışınızı vətəndaşlarımızın çoxu kimi, mən də diqqətlə dinlədim.

Cənab Prezident, Sizə öz fikrimi bildirmək istəyirəm və əminəm ki, milyonlarla azərbaycanlı mənimlə razılaşar ki, xalqımız Sizi və Sizin bütün məsələlərə aid, o cümlədən Qarabağ probleminin həlli ilə bağlı siyasətinizi bütünlüklə  dəstəkləyir. Sizi və ümummilli lider Heydər Əliyevin işinin davamı olan işinizi dəstəklədiyimizi bildirmək istəyirəm.

Biz hamımız Sizi dəstəkləyirik və Sizin əmrinizlə Vətənimiz uğrunda döyüşə getməyə həmişə hazırıq. Mənim balaca oğlumun cəmi doqquz yaşı var, amma bizim evimizdə Sizdən və ümumi problemimiz olan Qarabağ məsələsindən söhbət düşəndə hətta o da əlinə silah götürüb, qardaşları və atası ilə çiyin-çiyinə döyüşmək arzusunda olduğunu bildirir.

Xalq Sizinlədir, Sizə ən xoş diləklərimizi bildirir, fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Sahib Mirzəbala oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri