12 oktyabr 2016, 13:20

Vahab Dəvəlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyinizlə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili investisiyaların qoyulması, yeni iş yerlərinin açılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir, Vətənimizin hər yerində böyük quruculuq və abadlıq işləri görülür. İyirmi ildən artıqdır ki, rəhbərlik etdiyim “Dəvəli” ASC rəhbərliyinizlə həyata keçirilən abadlıq və quruculuq işlərində yaxından iştirak edir. Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında 2016-cı il  4 oktyabr tarixli Sərəncamınızda öz adımı görəndə sonsuz qürur hissi keçirdim.

Möhtərəm Prezident, məni bu fəxri diploma layiq gördüyünüzə görə həm öz adımdan, həm də ailəmiz və kollektivimiz adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çalışacağam ki, göstərdiyiniz bu etimadı yeni möhtəşəm layihələrimizlə doğruldum. Bütün kollektivimiz  Sizin xarici və daxili siyasətinizi yüksək qiymətləndirir, bu yolda həmişə Sizinlə olacağımıza söz veririk.

Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın müstəqilliyi və dünyada qüdrətli dövlətə çevrilməsi naminə apardığınız mübarizədə uğurlar diləyirəm.

Hörmətlə,

Vahab Dəvəli,

“Dəvəli” ASC-nin idarə heyətinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.