Gerb

14 oktyabr 2016, 10:15
W1siziisijiwmtyvmtavmtqvngfxbwq3oxy4n19ryxjzaglsyw5tyv9maw5hbc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=7f8860b9bf2dc720

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.

Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Pakistanın Baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdirdilər.


Böyük ölçüdə