14 oktyabr 2016, 13:15

Bəhlul Qocayevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsi olaraq son illər ölkəmizdə qazandığımız iqtisadi və sosial uğurları Sumqayıt şəhərinin timsalında əyani şəkildə görürük. Xüsusən də Sizin böyük diqqətiniz sayəsində son bir ildə Sumqayıtın simasının ən gözəl şəkildə dəyişməsi və şəhərimizə möhtəşəm səfəriniz bizləri çox sevindirdi. Yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzi sakinlərin sevimli məkanına çevrilib.

Çox hörmətli Prezident, şəhərimizə, onun sakinlərinə verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarıq. Sizə işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Qocayev Bəhlul Bakı oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.