Gerb

17 oktyabr 2016, 15:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və tərəqqi arzu edirəm.

 

Zati-alinizə hörmət və ehtiramla,

Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud

Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi,

Baş nazirin ikinci müavini, müdafiə naziri