17 oktyabr 2016, 14:52

İ.İsrafilov və T.Tapdıqovdan, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident,

İmişli rayonunda yaşayan Əfqanıstan və Qarabağ müharibələri veteranları və əlilləri hər zaman dövlətimizin himayəsi altında olmuş, Sizin diqqət və qayğınızı görmüşlər. Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə dövlət səviyyəsində qayğı göstərilir. Buna görə Sizə minnətdarıq və hər zaman Sizi dəstəkləyirik.

Sentyabrın 26-da keçirilmiş referendumda fəal iştirak edərək irəli sürülən əlavə və dəyişikliklərə müsbət münasibətimizi bildirdik. Həyata keçirilən təşəbbüslərin və islahatların ölkəmizin inkişafında yeni cığırlar açacağına əminik.

Cənab Prezident, Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyəcək, verdiyiniz hər bir əmri yerinə yetirəcəyik. Sizin uğurunuz bizim uğurumuz, Sizin qələbəniz bizim qələbəmizdir! Allah Sizi qorusun.

Hörmətlə,

İsrafilov İ

Tapdıqov T. 

Azərbaycan Respublikası, İmişli rayonu.