14:08
MDB İcraiyyə Komitəsinin sədri–icra katibi Sergey Lebedevdən
17 oktyabr 2016, 15:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müstəqillik illəri ərzində Azərbaycan geniş əhatəli dinamik inkişaf yolu keçib.
Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideya və prinsiplərini həyata keçirərək, Azərbaycan dövlətçiliyini uğurla möhkəmlətməkdə davam edirsiniz.
Sizin rəhbərliyinizlə ölkə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində sanballı uğurlar qazanıb. İnkişaf və tərəqqi yolu ilə inamla irəliləyən Azərbaycan bir sıra beynəlxalq məsələlərin həllində fəal rol oynayır. Bu, haqlı olaraq ona dünya birliyində yüksək nüfuz və hörmət qazandırıb.
Əminəm ki, Sizin məqsədyönlü və çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlaşmasına və onun xalqının rifahının yüksəlməsinə xidmət edəcək.
Bu xoş fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli qarşılıqlı fəaliyyətə görə Sizə minnətdarlığımı və birgə səylərimizlə MDB məkanında müttəfiqlik əlaqələrinin və konstruktiv əməkdaşlığın bütün kompleksinin daha da genişlənməsini təmin edəcəyimizə əmin olduğumu bildirmək istərdim.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, bütün Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin sədri–icra katibi
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55