Gerb

19 oktyabr 2016, 15:30

Hörmətli cənab Prezident,

Son illərdə Sumqayıtda aparılan abadlıq-quruculuq işlərinə görə şəhər 1 saylı orta məktəbin kollektivi, çoxsaylı valideynləri və ailəm adından Sizə minnətdarlığımı bildirirəm. Sizin şəhərimizə gəlişiniz biz sıravi sumqayıtlıları çox sevindirdi. Sizin şəxsi təşəbbüsünüz və səyiniz nəticəsində Sumqayıt gündən-günə gözəlləşir və çiçəklənir.

Möhtərəm Prezident, bir valideyn kimi qürur və fəxr hissi keçirirəm ki, mən azərbaycanlıyam və bu ölkənin vətəndaşıyam. Doğma şəhərimizdə bu müsbət dəyişikləri görüb çox sevinirəm. Qoy, regionların inkişafı proqramları uğurlu və davamlı olsun.

Hörmətlə,

Hacızadə Vüsal Vaqif oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.