13 may 2011, 13:00

Ağamirzə Fərəcov, Aftandil Babayev və başqalarından, Saatlı, Azərbaycan

Cənab Prezident!

Azərbaycan Respublikasının dinamik inkişafı, gündən-günə çiçəklənməsi hər bir azərbaycanlı kimi biz Saatlıları da sevindirir. Regionlarda aparılan abadlıq-quruculuq işləri, yeni-yeni zavod və fabriklərin açılması dövlətimizin iqtisadi gücündən xəbər verir. Son üç ildə Saatlı rayonuna üç dəfə səfər etməyiniz və rayon ictimaiyyəti ilə görüşməyiniz rayonda yeni ab-hava yaratmışdır. Əhalinin dövlətə, dövlətçiliyə inamını daha da artırmış və sizin ətrafınızda birləşməyə təkan vermişdir. Biz Saatlı rayon Hacıqasımlı kənd camaatı Sizin rayonumuza olan diqqətinizi çox böyük qiymətləndirir, Sizə ulu Tanrıdan uzun ömür və cansağlığı arzulayırıq.

Saatlı rayon Hacıqasımlı kənd sakinləri:

Fərəcov Zülfəli Ağamirzə oğlu, Babayev Aftandil Ağaşirin oğlu,
Kazımov Rza Əziz oğlu, Abbasov Abbas Mirhadı oğlu,
Nərimanov Əlifağa Təhməz oğlu, Azadov Əlabbas Mustafa oğlu.

Azərbaycan Respublikası, Saatlı, Hacıqasımlı kəndi.