İlham Əliyev Cənubi Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27 oktyabr 2016, 10:15
İlham Əliyev Cənubi Sudan Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.

Səfir Telar Rinq Denq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Telar Rinq Denq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycanın Cənubi Sudanla əlaqələrinin başlanğıc mərhələdə olduğunu deyən dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində təşəbbüslərin nəzərdən keçirilməsinin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadi, enerji, ticarət, səhiyyə sahələrində inkişafı üçün imkanların olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imkanların araşdırılmasının önəmini qeyd etdi.

Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edən Telar Rinq Denq bunun ölkəmiz ilə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Azərbaycana ilk dəfədir səfər etdiyini deyən səfir Bakının gözəl şəhər olduğunu vurğuladı. Cənubi Sudanın dünya xəritəsində ən yeni ölkələrdən biri olduğunu xatırladan səfir Telar Rinq Denq ölkəsinin Azərbaycan ilə yaxşı ikitərəfli əlaqələr quracağına ümidvar olduğunu bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10