Gerb

15 may 2011, 16:00

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Gürcüstan Prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” müsabiqəsində qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulamışdır.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan Prezidentinə minnətdarlığını bildirmişdir.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə etmişlər