09 noyabr 2016, 14:00

Asiman Hüseynovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq həyata keçirdiyiniz daxili və xarici siyasətiniz xalqımız tərəfindən bəyənilir və dəstəklənir. Biz bu siyasətin müsbət nəticələrini doğma şəhərimizin simasında da görürük. Sumqayıt şəhəri görkəmini dəyişərək gündən-günə gözəlləşir. Siz vaxtilə demişdiniz: "...bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və o, ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir". Şəhərimizin bugünkü vəziyyətinə nəzər salanda görürük ki, bu sözlər artıq reallığa  çevrilib.

Möhtərəm Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hüseynova Asiman Nüsrət qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.