10 noyabr 2016, 12:00

Şahnaz Abdullayevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sumqayıt şəhərində və onun qəsəbələrində aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Şəhərimizdəki binaların dam örtükləri yenilənir, yollara asfalt çəkilir, yeni parklar salınır, yol kənarlarına göz oxşayan ağaclar əkilir.

Cənab Prezident, bu yeniliklərə, görülən işlərə görə şəhər sakinləri olaraq Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin gələcək inkişafı, xalqımızın rifahı naminə apardığınız siyasətdə yeni uğurlar, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Abdullayeva Şahnaz Ramazan qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.