İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

14 noyabr 2016, 11:00
İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlətimizin başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladı. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla keçirildiyini, quruma üzv olan ölkələrdən çoxlu sayda nümayəndələrin burada iştirak etdiyini deyən Prezident İlham Əliyev bu tədbirdən sonra Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığında yeni dinamikanın müşahidə olunduğunu bildirdi. Ölkəmizin maliyyə qabiliyyətli etibarlı tərəfdaş olduğunu, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirdiyini deyən dövlətimizin başçısı bank tərəfindən Azərbaycanda həyata keçirilən çox mühüm layihələrə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə verilən dəstəyə görə Vençay Janqa minnətdarlığını bildirdi. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra digər sahələrdə də əməkdaşlığına toxunan dövlətimizin başçısı birgə həyata keçirilən infrastruktur layihələrinin əksəriyyətinin artıq başa çatdırıldığını bildirdi. Qurumla əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edən Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri, həmçinin son illərdə görülən işlərlə bağlı fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət yaratdığını qeyd etdi.

Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci illik toplantısına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin olmasından məmnunluğunu ifadə edən Vençay Janq ölkəmizin Asiya İnkişaf Bankına qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana 2,8 milyard dollar məbləğində vəsaitin ayrıldığını qeyd etdi. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirilən bir sıra layihələrlə yanaşı, “Cənub Qaz Dəhlizi” və “Şahdəniz” kimi mühüm layihələrə də dəstək və önəm verdiyini xatırladan Vençay Janq layihələrlə bağlı məsələləri müzakirə etmək üçün bank daxilində xüsusi şuranın yaradıldığını vurğuladı.

Görüşdə Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin, o cümlədən Şimal-Cənub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi və digər layihələrin önəmi vurğulandı, 2017-2019-cu illərdə ölkəmizə dair bu cür layihələrin həyata keçirilməsinin bankın kreditləşmə proqramına daxil edilməsindən məmnunluq ifadə edildi.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10